YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının beş baza prinsipi qəbul edilib

Misirin geniş oxucu kütləsinə malik olan “Əl Masr Əl Yom” və “Əxbar Əl Yom” qəzetlərində Azərbaycan Prezidentinin İtaliyanın “İl Sore 24 Ore” qəzetinə müsahibəsinin əsas məqamları dərc edilib.

Məqalələrdə dövlətimizin başçısının Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş barədə fikirləri yer alıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəkləri barədə razılıq əldə olunduğunu, bu sənədin bir neçə ay müddətində yekunlaşdırılıb imzalana biləcəyini bildirib. Azərbaycanın dövlət başçısı vurğulayıb ki, rəsmi Bakı sülh sazişinin üzərində qurulmalı olan beş baza prinsipini irəli sürüb və Ermənistan bunu qəbul edib.

Yazılarda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan, Ermənistan və digər qonşu ölkələri birləşdirən infrastrukturun yaradılması məsələsinin müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapdığını, bu istiqamətdə irimiqyaslı infrastruktur layihələrinin icrasına başlanıldığını söyləyib.

Fələstinin “Amad” qəzetində AZƏRTAC-a istinadla dərc olunan məqalədə isə Prezident İlham Əliyevin Avropanın qaz təchizatı ilə bağlı söylədiyi fikirlər öz əksini tapıb. Müəllif qeyd edib ki, Azərbaycanın dövlət başçısı ölkəsinin nə əvvəllər, nə də indi öz qarşına Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymayıb. O əlavə edib ki, Azərbaycan Avropanın üç ölkəsi - İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalayıb və digər ölkələrin də tələbatını qiymətləndirir. Başqa layihələr sırasında Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar var, ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Azərbaycanın qarşısında potensial istehlakçılarla fəal dialoq, həmçinin sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, o cümlədən qiymətlə bağlı danışıqlar aparmaq kimi görüləsi çox iş dayanır.

DİGƏR Xəbərlər Arxiv