YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın etibarlı və perspektivli tərəfdaşı...

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Çernobbio şəhərində beynəlxalq forumdakı çıxışına, İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsinə geniş yer ayırıb.

“RBK-Ukrayna”, “Korrespondent” “Ças Pik” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Çernobbio forumunda çıxışı zamanı Azərbaycanın Avropanın enerji bazarına verdiyi töhfələrinə dair fikirləri yer alıb.

Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində söylədiyi fikirlər vurğulanıb.