YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəmanın xatirəsi anılıb

Lerik rayonunda Azərbaycanın Milli Qəhrəmanı Müslümov Valeh Əlizaid oğlunun doğum günü münasibətilə anım mərasimi keçriilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Milli Qəhrəman Valeh Müslümovun məzarı, daha sonra əziz xatirəsinə inşa edilmiş abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Valeh Müslümov 1992-ci il aprelin 10-da Tərtər rayonunun Marağa kəndi ərazisində gedən döyüşdə düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarını xilas edərək əsl qəhrəmanlıq nümunəsi göstərib. Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparıb. Bu zaman aldığı ağır yaradan qəhrəmancasına şəhid olub.

Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də Valeh Müslümov olub.