Xəbərlər
Cef Ratke: ABŞ Dağlıq Qarabağda qondarma “seçkilərin” yekunlarını tanımayacaq
ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratke keçirilən brifinqdə jurnalistin sualına cavabında deyib: “ABŞ Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq, mayın 3-də keçiriləcək “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək”. Cef Ratke həmçinin bildirib: “ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu “seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir”.