YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə şəhidin əziz xatirəsi yad edilib

İmişli rayonunun Məzrəli kəndində Vətən müharibəsi şəhidi Quliyev Elçin Etibar oğlunun 21-ci doğum günü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Zəfər xalqımızın qürur mənbəyi, dövlətimizin gücünün göstəricisidir.

İmişli RİH başçısı Elçin Rzayev ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanların qayğı ilə əhatə olunmasından, şəhidlərimizin xatirəsinin daim əziz tutulmasından, onların adının əbədiləşdirilməsindən danışıb.

Şəhidin doğmaları Elçin Quliyevin həyat yolundan söz açıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.