YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə sübut edir ki, sadəcə regional səviyyəli yox, dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir

«Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının çox böyük əhəmiyyəti var. Birincisi, müasir dünyada idman oyunları ölkələrin, xalqların tanınmasının ən mühüm yollarından biridir. İkincisi, idman tədbirləri ölkədə kütləvi idmana təkan verir. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi xüsusilə önəmlidir». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, idman sağlam həyat tərzidir, yaxşı idmançı həm də yaxşı əsgərdir. Onun sözlərinə görə, dövlətimizin idmanla bağlı siyasəti birbaşa xalqımızın sağlam yeni nəslinin formalaşmasına xidmət edir.

Qısa zamanda ölkəmizdə böyük infrastruk layihələrinin həyata keçirildiyini deyən komitə sədri qeyd edib ki, bütün bunlar infrastrukturun da Avropa standartlarına uyğunlaşdırılmasına gətirib çıxarır: «O kəslər ki, bu sahəyə vəsait xərclənməsini tənqid edirlər, onlar dayaz adamlardırlar və bunun vacibliyini anlamırlar. Çünki bu gün Avropa Oyunları üçün ölkəmizə gələnlər, növbəti mərhələdə bura turizm məqsədi ilə gələcəklər. Yəni hazırda görülən işlər sahibkarlığın, turizmin inkişafı üsçün faydalıdır. Bütün bunlar isə gələcək illərə hesablanıb».

Ə.Hüseynli qeyd edib ki, ölkəmiz müstəqil siyasət yürüdür, davamlı olaraq güclənir. Onun sözlərinə görə, bunu qəbul edə bilməyən xarici qüvvələrin yeganə vasitəsi ölkəmizdə insan hüquqları ilə bağlı vəziyyəti tənqid etməkdir. «Amma bütün Azərbaycan ictimaiyyəti üçün məlumdur ki, insan hüquqları mövzusu erməni lobbisi tərəfindən idarə olunur. Ona görə də, ictimaiyyət bu əsassız tənqidlərə ciddi əhəmiyyət vermir. Elə bu işlə məşğul olanlar da ciddi təşkilatlar deyil, hansısa QHT-lərdir ki, sifarişlər yerinə yetirirlər. Əsas odur ki, bu sahə ilə bağlı olan Avropa Olimpiya Komitəsi, Avropadakı bir çox idman federasiyaları, dövlət başçıları, ölkələrin aidiyyatı qurumları bu tədbiri çox ciddi qəbul edir və söyləyirlər ki, ilk Avropa Oyunları yüksək təşkil olunub. Beləliklə də, müəyyən qüvvələrin bizə vurmaq istədiyi zərbə hədəfə çatmayacaq. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bir daha sübut etmiş olur ki, o, sadəcə regional səviyyəli yox, Avropa və dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir»- deyə, komitə sədri vurğulayıb.