YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO-nun baş direktoru: Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsi dünya üçün örnəkdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl Tüveycri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, baş direktor Azərbaycanın ISESCO çərçivəsində fəaliyyətini və təşkilatın məqsəd və məramlarının həyata keçirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

O, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırıb.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Əbdüləziz bin Osman Əl Tüveycri Oyunların açılış mərasimində iştirak edəcəyindən şərəf duyduğunu bildirib.

Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb, İslam Əməkdaşlıq Təşkilatı və ISESCO-nun İslam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həlli yollarının tapılması üçün vacib platforma olduğunu söyləyib.

Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.