YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransı işə başlayıb

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “2023 - Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayıb.

Avqustun 8-dən 12-dək davam edəcək konfransın Ankara hissəsi başa çatandan sonra iştirakçılar Nevşəhir və Kayseri şəhərlərinə səfər edəcəklər.

Konfransın rəsmi açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunın çıxışı dinlənilib.

Türkiyənin xarici siyasətinin istiqamətlərindən bəhs edən nazir Mövlud Çavuşoğlu dünyada sülh və sabitliyin qorunması üçün diplomatiyanın qarşısında dayanan vəzifələrdən danışıb.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” kəlamını xatırladan nazir çıxışında Azərbaycanla müttəfiqlik əməkdaşlığına dair mühüm məqamlara toxunub.

Türkiyənin terror təşkilatları ilə üz-üzə qaldığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu təəssüflə ifadə edib ki, terrorizmlə mübarizədə mövcud ikili standartlar hələ də davam edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də ATƏT-in Baş katibi Helqa Maria Şmid səfirlər konfransında çıxış edəcəklər.