YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilatın əməkdaşı Samir Ağayev II Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Bəydili kəndindən olan şəhid Quluzadə Məhəmməd Cəlal oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin  şərəfli həyatı və döyüş yolundan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra kənd qəbirstanlığında şəhidin məzarını ziyarət olunub, ruhuna dualar oxunub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayon Bəydili kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Quluzadə Tərtər rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Bəydili kəndində dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Quluzadə Məhəmməd Cəlal oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.