Gündəm
Prezident İlham Əliyev: Seçimimiz demokratiya, sosial firavanlıqdır
“Güclü iqtisadiyyat qurmaqla biz özümüzü istənilən xarici təsirdən qorumuş olduq. Biz istədiyimiz kimi yaşamaq istəyirik. Əsrlər boyu Azərbaycan imperiyaların, digər dövlətlərin tərkibində olub. Bu gün biz azadıq və bizim insanlar müstəqillikdən həzz alır və onun üstünlüklərini görürlər. Biz öz seçimimizi müdafiə etməliyik və seçimimizi müdafiə edəcəyik. Bizim seçimimiz demokratiya, sosial firavanlıqdır. Bizim seçimimiz Azərbaycan xalqı daxilində sülhdür, multikulturalizm, dinlərarası dialoq, dünyanın bütün ölkələri ilə əməkdaşlıq, habelə regional və hamımız üçün faydalı qitə əhəmiyyətli layihələrin həyata keçirilməsidir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılışında çıxışı zamanı söyləyib.