YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarının ünsiyyət vasitəsi

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Hər bir xalqı, milləti digərlərindən fərqləndirən ən başlıca amillərdən biri onun dilidir. Azərbaycan dili  özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi  Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə ana dilimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi kimi tarixi işlər gerçəkləşdirib. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" ,- deyən ulu öndər  Heydər Əliyevin apardığı gərgin işin, atdığı qətiyyətli addımların nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. SSRİ- nin sərt qanunları altında öz amalı uğrunda uğurlu mübarizə aparan dahi şəxsiyyət ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra öz prinsipinə uyğun olaraq fəaliyyətini daha da genişləndirib və bir-birinin ardınca Azərbaycanın tam müstəqil və demokratik mövcudluğuna səbəb olan qərarlar verib. Bu önəmli qərarlardan biri də 1995-ci ildə Azərbaycan dilinin dövlət dili olması qərarının referendumla təsdiqidir ki, bu möhtəşəm addım Azərbaycan dilinin müstəqil şəkildə inkişafina və güclənməsinə səbəb oldu. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub.

Ümummilli lider Heydər Əliyevin  2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi üçün olduqca mühüm addımlar atan Ümummilli Liderin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Həqiqətən də mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik olan, 50 milyon insanın danışdığı və onlar arasında əsas ünsiyyət vasitəsinə çevrilən Azərbaycan dili bu gün dünyanın ən zəngin və inkişaf etmiş dilləri  sırasında öz layiqli yerini tutub.

DİGƏR Xəbərlər Arxiv