Xəbərlər
Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ ilə bağlı məlumat yayıb
Nepalda baş vermiş zəlzələdə Azərbaycan vətəndaşları arasında ciddi xəsarət alan olmayıb.
Bu barədə məlumat verən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.
İlkin məlumata əsasənn Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.
Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır.