YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Burdan min atlı keçdi” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

İyunun 30-da Yeni Azərbaycan Partiyasının(YAP) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” pyesi əsasında tamaşa təqdim olunub.

Tamaşanı YAP-ın rəhbərliyi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının, paytaxtın rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, partiyanın fəalları izləyiblər.

Alqışlarla qarşılanan tamaşada İrəvan Teatrının yaradıcı kollektivinin hər biri oynadıqları obrazların səhnə həllini yüksək peşəkarlıqla təqdim ediblər. Ümummilli lider Heydər Əliyevin obrazını Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırıb.

Tamaşada tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, eləcə də Azərbaycan Prezidentinin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan tarixi Qələbəyə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən ümummilli lider Heydər Əliyevin yorulmaz və dönməz fəaliyyəti tamaşa boyu işıqlandırılır. Ümummilli lider Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin Vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov və quruluşçu rəssamı Vahid Mürsəliyevdir.

DİGƏR Partiya xəbərləri Arxiv