YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla, yeni əməkdaşlıq imkanları yaradır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunda “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sesiyadakı çıxışında erməni vandalizminin mahiyyəti və onun nəticələri haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun 27 iyun tarixində keçirilmiş “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sesiyada çıxış edərək bildirmişdir ki, bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur.  Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində BMT qurumlarının iştrakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirilmişdir.

Prezident İlham Əliyev strateji planlarına səmərəli əməkdaşlıqdan söhbət açaraq qeyd etmişdir ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyimizi təmin etmək üzrə səylərimizi istiqamətləndirir, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına nail olmuşuq. O əlavə edərək bildirmişdir ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə qazanmışıq. Cənab Prezident Bakının memarlıq arxitekturasını xarakterizə edərkən Bakının tarixi irs və müasirliyin ahəngini özündə birləşdirdiyini, park və bulvarların bənzərsizliyini qeyd etmişdir.

Prezident İlham Əliyev Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edilməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb etdiyini vurğuladı və bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidələri talan edərək həmin əraziləri   urbisid və kultursidin bariz nümunəsinə çevrilmişdir. Bəlkə də İkinci Dünya Müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməmişdir. O qeyd etmişdir ki, Ağdam şəhəri o dərəcədə dağıdılmışdır ki, əcnəbi mütəxəssislər  onu “Qafqazın Xirosiması” adlandırıblar.  Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa  bir dənə də olsun tikili tapa bilmiyiblər.

Cənab Prezident xarici diplomatları, jurnalistlər, QHT –lərin nümayəndələri azad edilmiş, ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və daöıntıların tam miqyasını sənətləşdirdiklərini qeyd etdi.

30 illik işğal zamanı Ermənistanın Azərbaycana vurduğu zərərə baxmayaraq, Azərbaycan səhifəsini  çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinə, ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsini imzalamaq istəyində olduğunu Prezident İlham Əliyev bildirdi və  Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürdüyünü və Ermənistanın onları qəbul etdiyini qeyd etdi. Cənab Prezident bildirib ki, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa,  bölgə sülh və əməkdaşlıq regionuna çevrilər.

Ermənistanın Azərbaycana qarşı apardığı vandalizmin nəticələrini aradan qaldırılması istiqamətində postmüharibə dönəmində Azərbaycanın həyata keçirdiyi işlərin mərhələli şəkildə aparıldığını Prezident İlham Əliyev qeyd etdi və bildirdi ki, ərazilərin kütləvi minalanması qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. Müharibə bitdikdən sonra mina partlaması nəticəsində 220-dən çox Azərbaycan vətəndaşı həlak olub  və ya yaralanıb.  

Azad edilmiş ərazilərdə Azərbaycan müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyasını tətbiq edir. “Ağıllı kənd pilot layihəsi Zəngilanda uğurla tətbiq edildi və Zəngilan rayonunun Ağalı kəndi artıq öz sakinlərini bu ilin may ayında qarşıladı.

Daha sonra cənab Prezident 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verdi və bildirdi ki, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inkluziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. O əlavə etdi ki, biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünaya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad edilmiş  3 rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik.

Prezident İlham Əliyev bu ilin mart ayında Azərbaycana səfəri zamanı BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT” icraçı dirktoru xanım Maimuna Mohd Şərif ilə görüşünü və gələcək əməkdaşlıqla bağlı ağardığı müzakirələri xatırlatdı və bildirdi ki, xanım icraçı direktor Ağdam şəhərinə səfər edərək dağıntıların miqyasının şahidi olmuş  və biz UN- HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla, yeni əməkdaşlıq imkanları yaradır.