YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Qazaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Qazax şəhəri ərazisində və Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı və Qazaxbəyli kəndləri ərazisindən keçən hissələrində keçirilən aksiyada ümumilikdə 8000 ədəd olmaqla, 5500 ədəd dekorativ gül və kol, 1750 ədəd eldar şamı və 750 ədəd sərv ağacı əkilib. Ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, suvarılıb, aqrotexniki qulluq göstərilib. 

Aksiyada Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının, Qazax Rayon İcra Hakimiyyəti Aparatının və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, şəhid ailələrinin üzvləri, partiya fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllim və tələbələri, könüllülər və KİV nümayəndələri iştirak ediblər.