YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərin əbədi olsun, Azərbaycan!”

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsində əldə edilən tarixi Qələbənin 5-ci ildönümünə həsr edilmiş “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı təntənəli tədbir keçirib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbədən, bu böyük Zəfərin təməlində dayanan Heydər Əliyev ideyalarından, xalq-iqtidar-ordu birliyindən danışıb.

Tədbirdə şəhid anaları Arzu Hüseynzadə, Əzizə Ədilova, Nigar Abdullayeva, Mehparə Qəribova, İsbət Hətəmova, Mətanət İsgəndərova, şəhid bacısı Ədibə Əhmədova, qazilərdən Ümman Baxşəliyev, İlkin Şərifzadə, Elçin Məmmədov, həkim Aidə Bayramova, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, DOST inkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi Qarabağ “Dost Evi” şöbəsinin müdiri Kamran Kamranlı çıxışlarında şanlı Qələbəni bütün dünya azərbaycanlılarına bəxş edən  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixinin əbədi qəhrəmanlarına olan xalq sevgisinin əbədi olacağını bildiriblər.

Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Mədəniyyət Mərkəzinin musiqi kollektivinin müşayiəti ilə şəhid övladlarının ifasında vətənpərvərlik mahnıları ifa olunub.

Şairə Arzu Yaqubqızı və yenicə çapdan çıxmış “Vətən üçün yaşayıb, Vətən üçün yananlar” kitabını təqdim edən müəllif Şükufə Əliyeva Zəfər gününə həsr edilmiş şeirlər səsləndiriblər.

Tədbirdə DOST inkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi Qarabağ “Dost Evi” şöbəsinin təşkil etdiyi rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

YAP Bərdə rayon təşkilatının sədri tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə təşəkkürnamələr təqdim edilib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.