Xəbərlər
Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
“Bakı KOB evi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.
Daha sonra KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs olunub.
Qeyd edilib ki, bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin və dövlətçilik iradəsinin parlaq təzahürüdür.
Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş KOBİA əməkdaşlarına təşəkkürnamə, YAP-a yeni üzv olmuş əməkdaşlara üzvlük vəsiqələri, partiyanın ictimai fəaliyyətində fərqlənən əməkdaşlara isə fəxri fərmanlar təqdim edilib.
