YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfər edəcək

İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahiminin dəvəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkəyə səfər edəcək.
Mayın 2-dən 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində M. Qurbanlının Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşləri də nəzərdə tutulub.