YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Nahid Teymurzadənin doğum günü qeyd olunub

Biləsuvarda İkinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda canından keçən rayonun Günəşli kəndindən olan şəhid Teymurzadə Nahid Üzeyir oğlunun doğum günü qeyd edilib.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev, Dövlət Məşğulluq Agentliyinin Biləsuvar şöbəsinin müdiri Səbuhi Quliyev və Günəşli kənd ərazi partiya təşkilatının sədri Sakit Mirzəyev şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Nahid Teymurzadənin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Daha sonra şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən şəhid Nahid Teymurzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.