YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda Qlobal Parlament Konfransı işə başlayıb

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə iyunun 20-də İstanbulda Qlobal Parlament Konfrans işə başlayıb. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti qlobal konfransda Azərbaycanı təmsil edir.

“Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçirilən Qlobal Parlament Konfransın açılışında rəsmi şəxslər, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayev, eləcə də IPU-ya üzv ölkələrin təmsilçiləri iştirak ediblər.

Açılış mərasimindən sonra miqrasiya və qaçqınlar üzrə sərginin açılışı olacaq.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova konfransın birinci sessiyasında çıxış edəcək.

Altı sessiyadan ibarət konfrans iyunun 21-də işini davam etdirəcək.

Azərbaycanı təmsil edən parlament nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildirlər.

Qeyd edək ki, 1889-cu ildə parlament diplomatiyası və dialoq vasitəsilə sülhün təşviqinə həsr olunmuş kiçik bir parlamentari qrupu kimi fəaliyyətə başlayan IPU o vaxtdan bəri milli parlamentlərin qlobal təşkilatına çevrilib. Hazırda 178 parlamenti, 14 assosiativ üzvü özündə birləşdirən təşkilat demokratik idarəçiliyi, institutları, dəyərləri təbliğ etməklə xalqların ehtiyac və istəklərini ifadə edən parlamentlər və parlamentarilərlə sıx əməkdaşlıq edir.

DİGƏR Xəbərlər Arxiv