YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Forumu çərçivəsində “Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi” mövzusunda müzakirələr aparılır

Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu çərçivəsində “Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi” mövzusunda panel iclası keçirilir.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın və Amerika xarici siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliotun moderatorluqları ilə keçirilən panel iclasında “Breksit” və Avropada liberal demokratiyaların meydana gəlməsinin Avropa İttifaqının (Aİ) dünya səhnəsində oynamalı olduğu rola necə təsir edəcəyi, Avropa ilə onun qonşuları arasında hansı hərbi təhlükəsizlik mexanizmləri işlənib hazırlanması, ABŞ-ın və Rusiyanın yenicə təşəkkül tapan yeni quruluşda hansı rol oynayacağı, Aİ-nin Şərqi Avropada səmərəli sülh və təhlükəsizlik tədbirlərini effektiv surətdə artırması, Aİ, Qərbi Balkanlar və Cənubi Qafqaz arasındakı münasibətlər və digər məsələlərlə bağlı fikir mübadilələri aparılacaq.

Panel müzakirələrində əsas məruzəçi Albaniyanın Prezidenti İlir Meta, məruzəçilər Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Macarıstanın sabiq Baş naziri Peter Medgyessi, Monteneqronun sabiq Prezidenti Filip Vujanoviç və Albaniyanın sabiq Prezidenti, sabiq Baş naziri Sali Berişa iştirak edirlər.