YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev” adlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova Milli Qurtuluş gününün tarixindən və Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə xalqımızın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı söyləyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

Filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri”, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür”, Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Babək Abdullayev “Xalqın və dövlətin qurtuluş günü”, Dil-Ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Ulu öndər Heydər Əliyev - bir millətin xilaskarı” mövzularında çıxış ediblər.