YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda “Qurtuluşdan Zəfərə-Müdrik Siyasətin Uğurlu Nəticələri” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı, Şabran rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə-Müdrik Siyasətin Uğurlu Nəticələri” adlı tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Sadiq Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnistutunun Elmi işlər üzrə direktor müavini Tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli Səfir Eynulla Mədətli, Azərbaycan Milli Elmlər Akademiyası YAP Fəlsəfə və Sosiologiya İnistutunun təşkilat sədri Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Öncə Şabran rayon Heydər Əliyev parkının ərazisində təşkil olunmuş məktəblilərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və daha sonra tədbirin rəsmi-bədii hissəsinə start verilmişdir.

Tədbirdə Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış etmiş, gələn qonaqları salamlamış tədbirdə iştirak etdikləri üçün minnətdarlıqını bildirmişdir.

Tədbirdə çıxış edən Millət Vəkili Sadiq Qurbanov bildirmişdir ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Daha sonra Şabran Uşaq Musiqi Məktəbinin xanəndəlik sinfinin müəllimi Eldar Mustafayevin ifasında Şabranım müsiqisi səsləndirildi.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnistutunun Elmi işlər üzrə direktor müavini Tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli Səfir Eynulla Mədətli bildirdi, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Musiqiçi Rüfət Əskərovun ifasında Xudayar təsnifi dinlənildi.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası YAP Fəlsəfə və Sosiologiya İnistutunun təşkilat sədri Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov bildirdi ki, Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

Sonra Şabran şəhər Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən Turacı rəqsi və “Zəfər günü” şeiri ifa olundu.

Sonda Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı sədri Mehdi Balabəyov çıxış edərək bildirdi ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Sonda Ulu öndər Heydər Əliyevin Azərbaycan haqqında səsləndirdiyi şeri videoçarx formatında nümayiş olundu.

DİGƏR Xəbərlər Arxiv