YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və Gəncə şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa keçirilib.

Şəhər ağsaqqallarının, partiya fəallarının və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov dövlətçilik ənənələrimizin bərpasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ölkəmizdə hərc-mərclik, xaos və anarxiyanın baş verdiyi bir dövrdə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin əbədi və sarsılmaz xarakter almasından, dahi şəxsiyyətin zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində hazırda respublikamızın dünyanın aparıcı dövlətləri sırasında layiqli yer tutmasından danışıb.

Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Füzuli Şıxıyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, ADAU-nun dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynov, Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, xalq artisti Məmmədəli Balayev, şəhər Ağsaqqallar Şurasının üzvü Siyasət Məmmədov və digər tədbir iştirakçıları da ulu öndər Heydər Əliyevin 1993-ci ildə hakimiyyətə qayıdışından və bu tarixi günün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmasından danışıblar. Natiqlər bildiriblər ki, Ümummilli Lider müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb.

Vurğulanıb ki, bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınır.

O da qeyd olunub ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Ulu Öndər ideyaları ətrafında partiya sıralarına böyük həvəslə qoşulanların sayı günbəgün artır.

Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

DİGƏR Xəbərlər Arxiv