YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü - 29 il” mövzusunda tədbir keçirib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndələyinin, Ağstafa RİH yanında “İctimai Şura”nın nümayəndələri, partiya üzvləri, qazilər iştirak ediblər.

Tədbirdən əvvəl rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər-çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

YAP Ağstafa rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət çevrilişlərinin qarşısı məharətlə alındı, qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi. Siyasi və sosial iqtisadi islahatlara start verildi, ölkədə sabitlik, qayda-qanun bərpa olundu.

Qeyd olunub ki, Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsi, xalqımızın, Azərbaycan dövlətçiliyinin xilas tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevdir.

Tədbirdə çıxış edən digər natiqlər də Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər.

Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv