YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Münasibətləri normallaşdırmaq və inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistana lazımdır

Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir və bu səbəbdən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi regionun digər ölkələri kimi, Ermənistan üçün də vacibdir.

Bu fikirləri Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Ermənistandan bəzi müsbət mesajların gəldiyini qeyd edən Ceyhun Bayramov deyib: “Biz bunları müsbət addımlar kimi görürük. Bu istiqamətdə irəliləmək bütün region dövlətlərinin, xüsusən də Ermənistan və Azərbaycanın marağındadır. Qonşu ölkələr, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla inkişafın zəminini yaratmaq hamıdan çox Ermənistana lazımdır. Çünki onun işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa heç nə gətirməyib. Ermənistan rəhbərliyi bunu anlamalı və düzgün nəticə çıxarmalıdır”.

Azərbaycanın qərb vilayətlərini quru və dəmir yolu ilə Ermənistan vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı danışıqlara toxunan nazir bu məsələ ilə bağlı hələlik yekun nəticənin olmadığını, Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini bildirib.

DİGƏR Xəbərlər Arxiv