YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir

Türkiyənin Konya vilayətində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

“Anadolu Qartalı-2022” xilasetmə və havadan yardım hərəkatına nəzarəti möhkəmləndirmək, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən ölkələr arasında hərbi hava qüvvələri sahəsindəki əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Növbəti dəfə Azərbaycanın iştirakı ilə baş tutan təlimdə ölkəmizin Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandası ilə yanaşı iki “MI-27 1V” çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Qeyd edək ki, builki "Anadolu Qartalı" təlimlərində Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.