YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda Ulu Öndərin doğum günü qeyd edilib

Azərbaycan Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qobustan Regional Təlim Mərkəzinin (QRTM) müdiri Nəzakət Məmmədova, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov ümummilli lider Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında olduğu vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider bu təhlükəni sovuşduraraq Azərbaycanı böyük inkişaf yoluna çıxardı və respublikamızda qazanılan bütün uğurların təməlini qoydu.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında müasir, müstəqil və Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsini şərtləndirən amillərdən danışıb. O bildirib ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli dövlət xadimi Heydər Əliyev xalq və dövlətçilik naminə gördüyü böyük işlərdən sonra çağdaş tariximizdə adını əbədiləşdirib.

QRTM-in Qaz avadanlıqlarının istismarı və təmirçi çilingər qrupunun şagirdi Fidan Musayeva çıxışında Heydər Əliyevin Vətən sevgisinin, ölkəmiz qarşısındakı xidmətlərinin müasir gənclər üçün örnək olduğunu deyib.

Sonda Qobustan Regional Təlim Mərkəzində təhsil alan şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib.