Xəbərlər
Şəhid Tural Quliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Quliyev Tural Əlisafa oğlunun ailəsini ziyarət ediblər.
Şəhid ailəsi ilə görüşdə Tural Quliyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, ailənin qayğı və problemləri dinlənilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.