YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aprel döyüşləri - Azərbaycanın hərbi qüdrətinin ilk nümayişi”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri - Azərbaycanın hərbi qüdrətinin ilk nümayişi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov 2016-cı ilin 3-5 aprel tarixlərində baş verən Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, bu döyüşlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə olunmuş strateji qələbədir. Vurğulanıb ki, bu əməliyyat nəticəsində düşmənin “məğlubedilməzlik” mifi dağıdılıb və Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığı, müasir silahlarla təminatı sayəsində işğal altında olan ərazilərin bir hissəsi azad edilib.

Faiq Qurbanov qeyd edib ki, Aprel döyüşləri Azərbaycan xalqının dövlət ətrafında sıx birləşərək ən çətin sınaqlardan şərəflə çıxmaq gücündə olduğunu bir daha sübut edib. Bu qələbə xalqın ruhunu yüksəldib, hər bir azərbaycanlıda böyük inam yaradıb. O vurğulayıb ki, bu gün həmin hadisələr qalib xalq kimi qürurla xatırlanır və şəhidlərin xatirəsi daim uca tutulur.

Tədbirdə çıxış edən Aprel döyüşlərinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Zaur Hüseynov Aprel döyüşlərinin Azərbaycan hərb tarixində xüsusi yer tutduğunu vurğulayaraq, həmin döyüşlərin Böyük Zəfərin başlanğıcı olduğunu bildirib və şəxsi xatirələrini iştirakçılarla bölüşüb.

Daha sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid anaları Fəridə İsmayılova və Leyla Musayeva, 166 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi, Aprel döyüşlərinin iştirakçısı Afəddin Ağayev, şəhid Elman Əzməmmədovun oğlu Xəqani Əzməmmədov, 233 saylı məktəbin hərbi hazırlıq müəllimi, şəhid Azər Namazovun qardaşı Sədi Namazov və başqaları çıxışlarında Aprel döyüşlərinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, bu döyüşlər Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və düşmən üzərində üstünlüyünü bütün dünyaya nümayiş etdirib.