YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Vətən müharibəsi şəhidi İsmayılov Sərdar Sərvər oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Baxşəliyev Hilal Hüseyn oğlunun ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Sərdar İsmayılovun, YAP Şuşa rayon təşkilatı 25 nömrəli ərazi partiya təşkilatının üzvləri və Şuşa rayon 10 nömrəli tam orta məktəbin müəllim kollektivi isə şəhid Hilal Baxşəliyevin ailəsinə baş çəkib, qayğı və problemləri ilə maraqlanıblar.

Ziyarət zamanı şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib, şəhid ailələrinin qayğı və problemləri dinlənilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.