YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın üzləşdiyi problemin mürəkkəbliyini digər insanların da görməsi vacibdir

Otuz il Qafqazda Ermənistan və Azərbaycanı nəzəri səviyyədə öyrənmiş bir insan kimi mən buranın tamamilə dağıdılmasından xəbərdar idim. Lakin burada baş vermiş hadisələri öz gözlərinizlə görmək tam fərqli bir hissdir. Siz yalnız buraya gəlib baş vermiş hadisələri gördükdən sonra Azərbaycanın uzun illərdir nə ilə üz-üzə olduğunu anlaya bilərsiniz.

Bu sözləri  açıqlamasında Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel söyləyib.

“Azərbaycanın üzləşdiyi problemin mürəkkəbliyini digər insanların da görməsi vacibdir. Həm də ona görə vacibdir ki, insanlar Qarabağ regionunun gələcəkdə necə bir yer olacağını düşünə bilsinlər. Bu prosesdə beynəlxalq ictimaiyyətin də birgə dəstəyi çox önəmlidir”, - deyə S.Kornel qeyd edib.