YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında partiya veteranının 80 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında partiya veteranı, uzun illər təhsil sahəsində çalışmış, rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olmuş Əməkdar müəllim, Tərəqqi medallı Tənzilə Şıxıyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Tənzilə Şıxıyevanı rayon təşkilatı adından təbrik edib, onun haqqında xoş arzularını bildirib. Əlişah Rəcəbov Tənzilə xanımın rayonun ictimai-siyasi həyatında, eyni zamanda YAP Ağdaş rayon təşkilatının həyatında yüksək xidmətlərinin olduğunu vurğulayıb.

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı İsa Eminov Tənzilə Şıxıyevanın həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, öz xoş arzularını çıtdırıb.

Tədbirdə çıxış edənlər yubiluyar haqqında xoş arzularını bildirərək öz iş və yoldaşlıq xatirələrini bölüşüblər. Tənzilə Şıxıyevanın əzmkar, əməksevər, dövlətə, dövlətçiliyə sadiq bir insan olduğu çıxışçılar tərəfindən qeyd edilib. Uzun illər YAP Ağdaş rayon təşkilatı Qadınlar Şuarsının sədri olmuş Tənzilə Şıxıyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək fəxri adlara layiq görülüb.

Sonda Tənzilə Şıxıyeva çıxış erdərək fəaliyyətinə yüksək qiymət verildiyi üçün Ulu Azərbaycan Prezidenti cənab İlham Əliyevə, tədbirin təşkil olunmasında isə YAP Ağdaş rayon təşkilatına öz təşəkkürünü, eyni zamanda  tədbir iştirakçılarına haqqında söylədikləri xoş sözlər və səmimi arzulara görə minnətdarlığını bildirib.

80 illik yubileyi münasibətilə Tənzilə Şıxıyeva YAP Ağdaş rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib və ona hədiyyələr təqdim olunub.