YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dünyanın ən böyük azərbaycanlısı”

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 115” ünvanı üzrə ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Dünyanın ən böyük azərbaycanlısı” adlı tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Zaur Əfəndiyev, 3 saylı Bakı “ASAN kommunal” mərkəzinin direktoru Elmar Ələsgərov və başqaları bildiriblər ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu var.

Vurğulanıb ki, bu gün də həmin siyasət uğurla davam edir və Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəldib. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını Prezident İlham Əliyev yerinə yetirib. Bu səbəbdən də bu gün Azərbaycan xalqı Ulu Öndərimizi qalib əhval-ruhiyyəsində, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi xatırlayır, xatirəsini ehtiramla yad edir.

Çıxışlardan sonra YAP-a yeni üzv olmuş şəxslərə vəsiqələr təqdim edilib, Vətən müharibəsinin qaziləri təltif olunublar.