YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Hüseynov: İndiyədək 90 müasir qəsəbə salınıb və 240 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

«Azərbaycan Cənubi Qafqaz bölgəsində ən güclü iqtisadiyyata malik ölkədir. Məhz bu inkişaf nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında inamlı addımlar atılıb». Bu fikriləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Dövlət Proqramı və ona Əlavələr təsdiq edilib. Onun sözlərinə görə, ölkədəki qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış kompleksləri tikilib istifadəyə verilir, daha ağır şəraitdə yaşayan məcburi köçkünlər bu qəsəbələrdə yeni mənzillərlə təmin olunurlar.

«İndiyədək bu məqsədlə 90 müasir qəsəbə salınıb və 240 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin ödənilməsi, onların məşğulluqlarının təmin olunması, yoxsulluğun azaldılması və bu kimi digər məsələlər daim dövlətin diqqət mərkəzindədir. Bütün bunlarla yanaşı, dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq qurumların, xüsusilə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtında bu problemin həlli istiqamətində qətiyyətli addımlar atmaması nəticəsində vəziyyət dəyişməyib. Bu vətəndaşlarımız üçün hərtərəfli şərait yaradılsa belə, onlar yenə də ancaq öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar»- deyə, F.Hüseynov vurğulayıb.
 

 

DİGƏR Xəbərlər Arxiv