YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ramil Yusifzadənin ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 29 nömrəli ərazi partiya təşkilatı və Sumqayıt Regional Mədəniyyət İdarəsi tabeliyində olan Şuşa şəhər Bülbülcan adına UMM-nin müəllim kollektivinin iştirakı ilə şəhid Yusifzadə Ramil Adəm oğlunun ailəsi ziyarət olunub.

Ziyarətçilər görüşdə Ramil Yusifzadənin keçdiyi qısa və şərəfli həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.