YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib

Ağdam Muğam Mərkəzində Vətən müharibəsi şəhidi Müşfiq Abbasovun xatirəsinə həsr edilmiş “Onun müqəddəs arzuları” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbir Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və “URFANSOYFİLM”in birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində şəhidin ailə üzvləri, Ağdam RİH-in və YAP Ağdam rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.