YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni “Qazax Gənclər evi” ərazi partiya təşkilatı təsis edilib.

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təsis yığıncağını giriş sözü ilə açan Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov sosial xidmət müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi müəssisənin partiya üzvü olan nümayəndələri yeni ərazi partiya təşkilatının təsis edilməsi barədə müraciət ediblər.

Sonra yığıncaqda təşkilati məsələyə baxılıb. “Qazax Gənclər evi” yeni ərazi partiya təşkilatına Vüsal Hüseynov sədr, Eynur Məmmərzəyev sədr müavini seçiliblər.

Çıxış edən edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədri və müavini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv