Xəbərlər
Səfər Mehdiyev: Nəzərdə tutulan büdcə öhdəliyi 123,5 faiz yerinə yetirilib

Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,5 faiz yerinə yetirib.
Bu barədə Komitənin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, ilkin məlumata görə 1 milyard 230,8 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb və bu da nəzərdə tutulan proqnozdan 234,8 milyon manat artıqdır.