YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Qloballaşan dövrdə elmi və elmi tutumlu fəaliyyət növlərinin rolu getdikcə artır

Azərbaycanda professor-pedaqoji müəllim heyətinin tərkibində gənclərin sayının artırılması məqsədilə xüsusi proqramın hazırlanması planlaşdırılır. Bu barədə təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransında çıxışı zamanı bildirib.

M.Cabbarov qeyd edib ki, bu sahədə orta və uzunmüddətli prioritetlər müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, Təhsil Nazirliyi öz resursları ilə bu təşəbbüsü dəstəkləməlidir.

«Bu gün dövlət ali təhsil müəssisələrində yaşı 30-dək olan elmlər doktoru yoxdur. Yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı isə 64 faiz təşkil edir. Dövlət ali məktəblərində yaşı 30-dək olan fəlsəfə doktorlarının say göstəricisi 0,7 faiz, yaşı 61-dən yuxarı olan fəlsəfə doktorlarının sayı isə 38 faizdir. Bu gün gənclərin elmə marağının artırılmasından ötrü dövlətin dəstək mexanizminin olmasına baxmayaraq, yeni mexanizmlərin tətbiqi lazımdır. Bu mexanizm gənclərimizin elmə cəlbini təmin etməli və dəstəkləməlidir. Getdikcə qloballaşan dövrdə elmi və elmi tutumlu fəaliyyət növlərinin rolu getdikcə artır. Düşünürəm ki, bu proses getdikcə sürətlənəcək»- deyə, nazir vurğulayıb.