YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq

Aprelin 14-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası olacaq.

Növbəti iclasda Birliyin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları, qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində MDB Şurasının və İcraiyyə Komitəsinin vəzifələri, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümünə hazırlıq görülməsi və Qələbənin bayram edilməsinə dair Əsas tədbirlər planının həyata keçirilməsinin gedişi, MDB-nin 25 illiyinə hazırlıq və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.