YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Baş katib İyad bin Amin Mədəni: Azərbaycan bəşəriyyətin qədim beşiyi olub

“Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının istər siyasi, istər iqtisadi, istərsə də əlaqələrimizi möhkəmləndirdiyimiz digər sahələrdə dəstəklənməsində hər zaman tutduğu mövqeyinə görə olduqca minnətdarıq. Zati-aliləri, icazənizlə bir neçə misal gətirim. Tədbirlərə gəldikdə, Bakı bu yaxınlarda İƏT əmək nazirlərinin görüşünü təşkil etmişdir. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul etdi. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib.
Həmçinin Azərbaycan əsas məsələmizə, işimizə - fələstinli qardaşlarımızın dəstəklənməsinə sadiqliyini nümayiş etdirib. Burada həm siyasi dəstək, siyasi təsisatlara dəstək, həm Qüdsün, Qəzzanın və bütün işğal edilmiş ərazilərin əhalisinə göstərilən birbaşa yardım nəzərdə tutulur.” Bu fikirləri aprelin 6-da Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə söyləyib.

Baş katibi İyad bin Amin Mədəni bildirib ki, ölkəniz İslam dininin yayıldığı ölkədir: “Ölkəniz, həmçinin bəşəriyyətin qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntılar da buna dəlalət edir. Cənab Prezident, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür. Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Bu səbəbdən, burada Siz özünüzü evinizdəki kimi hiss etməlisiniz.”