YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İslahatlar Azərbaycanı daha böyük uğurlara aparacaq

“Azərbaycan Prezidenti İlham Əliyev 10 mart 2020-ci il tarixdə altıncı çağrış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında bir çox mühüm məsələlər barədə öz fikirlərini bildirib və tövsiyələrini verib. Cənab Prezident qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Cənab Prezident bildirib ki, ölkəmizdə bütün sahələri əhatə edən islahatlar qanunvericilik sahəsini də əhatə edəcəkdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, cənab Prezident deputatlar qarşısında ilk növbədə, qanunvericilik sahəsində böyük vəzifələrin durduğunu bildirərək deyib ki, parlamentin əsas işi qanunvericilikdir. Qanunvericilik sahəsində nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilməlidir. Mövcud olan qanunların təlmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. Ən mühüm məsələlərdən biri də qəbul edilmiş qanuların icra edilməsinə nəzarətdir. Bir çox keyfiyyətli qanunlar qəbul edilir, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Bu sahədə deputatların üzərinə də məsuliyyət düşür.

Millət vəkilinin sözlərinə görə, ötən iki il ərzində Milli Məclis tərəfindən cənab Prezidentin tövsiyələri nəzərə alınaraq ölkədə aparılan geniş islahatların bir hissəsi kimi qanunveicilik sahəsində xeyli işlər görülüb. Dəyişən reallıqları nəzərə alaraq yeni mütərəqqi məzmunlu qanunların hazırlanması və mövcud qanunların təkmilləşdirilməsi üzrə işlər aparılır. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ölkədə minumum əmək haqqının, minimum pensiyaların, əmək pensiyalarının artırılması məqsədi ilə müvafiq qanunlar qəbul edilib. Eyni zamanda “Məşğullluq haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ünvanlı dövlət sosaial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Uşaq hüquqları haqqında” və bu sahəyə aid olan digər Azərbaycan Respublikası Qanunlarına dəyişiklik edilməsi barədə qanunlar qəbul edilib.

“27 sentyabr 2020-ci il tarixdə başlayan, 44 gün davam edən Vətən müharibəsində tarixi qələbədən sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid aliələrinə edilən güzəştlər haqqında” və digər qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə qanunlar qəbul edilib. Şuşa şəhərinin Azərbaycan mədəniyyətində, mənəviyyatında və tarixində tutduğu xüsusi yerə görə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlavə tədbirlərin görülməsini təmin etmək məqsədi ilə “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında “ Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanunlar qəbul edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfər sübut etdi ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı, hərtərəfi, o cümlədən qanunvericilik sahəsini də əhatə edən islahatlar öz nəticəsini verdi və bundan sonra da davam edən islahatlar Azərbaycan daha böyük uğurlara aparacaq”, -deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.