YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamanın çağırışı ilə yaranan Yeni Azərbaycan Partiyası bu gün daha da yenilənir, partiyada keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklər edilir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yaradılması ötən əsrin 90-cı illərinin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanıb. Həmin vaxt cərəyan edən ağrılı-acılı hadisələr respublikada böhranlı şərait yaratmışdı. Mövcud hakimiyyətin yarıtmaz fəaliyyəti ölkəni dərin uçurumla üz-üzə qoymuşdu. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Xalq Azərbaycanı bu ağır şəraitdən çıxarmağın, müstəqilliyin itirilməsi təhlükəsini aradan qaldırmağın yeganə yolunu dahi şəxsiyyəti hakimiyyətə gətirməkdə görürdü. Məhz YAP-ın yaradılması da bu reallıqdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyev partiya yarandıqdan 6 ay sonra çoxsaylı çağırışları cavabsız qoymayaraq, hakimiyyətə gəldi və az bir müddət ərzində ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının gerçəkləşməsi istiqamətində önəmli addımlar atıldı. Ordu quruculuğu prosesinə başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması isə dahi şəxsiyyətin apardığı müdrik siyasətin ən bariz nümunəsi idi. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verdi.

1992-ci ilin 21 noyabrında təsis edilən Yeni Azərbaycan Partiyası qısa zaman ərzində iqtidar partiyasına çevrilərək uzun inkişaf tarixi yol qət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi yolunu 2003-cü ildən sonra layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ötən 19 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərini, uzaqgörənliyini şərtləndirdi.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlarla mühüm dəyişikliklər oldu. VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunmuşdur.

Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

DİGƏR Xəbərlər Arxiv