YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Gəncədəki Baş konsulu YAP Gəncə şəhər təşkilatında olub

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında olub.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucovla görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açılıb, hər iki ölkənin qarşılıqlı münasibətlərinin regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfə olduğu vurğulanıb.

R. Orucov Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin ölkəmizə mənəvi-siyasi dəstək göstərməsindən, müharibənin başladığı ilk gündən qardaş ölkənin ictimaiyyətinin Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsindən danışıb.

“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur” söyləyən Zəki Öztürk bildirib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” müdrik kəlamları hər zaman öz təsdiqini tapıb.

YAP Gəncə şəhər təşkilatının sədri Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rolunu vurğulayıb: “Tarixdə ilk dəfə olaraq hər iki ölkənin iqtidar partiyası arasında Əməkdaşlıq Protokolunun imzalanması bu partiyalar arasında çox güclü əlaqələrin qurulmasının, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təsdiqidir”.

Qarşılıqlı diskussiya şəklində davam edən görüşdə o da qeyd edilib ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu, müttəfiqliyi, qardaşlığı sarsılmazdır və daim belə də olacaq.