YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin xatirəsi anılıb

Hacıqabulda Vətən müharibəsi şəhidi Şıxəliyev Mehti Yalçın oğlunun doğum günündə xatirəsi anılıb.

Anım mərasimində şəhidin ailəsi ilə bərabər Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov və partiya fəalları, idarə-müəssisə əməkdaşları iştirak ediblər. Hacıqabulun Meyniman kəndində şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhid Mehtinin xatirəsinin əbədiləşdirildyi tablo və “Xocavəndin azad olunmasına görə” medalı ailəsinə təqdim edilib.

Qeyd edək ki, Mehti Şıxəliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.