YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu Cersi ştatı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul etdi

ABŞ-ın Nyu Cersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib.

Amerika-Azərbaycan Cəmiyyətindən (Azerbaijan Society of America, ASA) Trend-ə verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır.

Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıblar.

Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub. Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib. Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib.

 

DİGƏR Xəbərlər Arxiv