YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Ucarda Vətən müharibəsi şəhidi Xəlilov Ayaz Qnyaz oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və təşkilat fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, rayon Təhsil şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin, Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin rəhbərliyi, şəhid valideynləri rayonun Alpout kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Mərasim iştirakçıları eyni qəbiristanlıqda uyuyan Birinci Qarabağ müharibəsi şəhidləri Həsənov Şirvan Mehdi oğlunun, Yarməmmədov Muğan İsa oğlunun və Vətən müharibəsi şəhidi Əliyev Kərim Məhəmmədəli oğlunun da məzarlarını ziyarət ediblər.

Anım tədbiri rayon mərkəzində təşkil olunan ehsan süfrəsi ilə davam edib. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən dövlət qayğısı xüsusi qeyd olunub.

Qeyd edək ki, şəhid Ayaz Xəlilov 25 yanvar 1998-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 2020-ci il oktyabrın 8-də Tərtər istiqamətində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə, o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.