YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Törədilən təxribatlar Ermənistanın ağır məğlubiyyətinin göstəricisidir

“Ermənistan tərəfinin törətdiyi təxribatlar Ermənistanın iç üzünü, terror xislətini ortaya qoymaqla yanaşı, regionda sülh və sabitliyin təmin olunmasına təhdidlər yaradır. Qalib Azərbaycan ordusu tərəfindən Ermənistanın törətdiyi bütün təxribatların qarşısı hər zaman qətiyyətlə alınmışdır və baş verən təxribatlar Ermənistan üçün ağır nəticələnmişdir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.                                                                                                                          

S.Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ağır məğlubiyyətə uğramış Ermənistan, müharibənin şokundan hələ də ayılmayıb, ac toyuq yuxusunda darı görən kimi xam xəyallar qurub, xülyalarla yaşayırlar: “Dünya cəmi 44 gün ərzində erməni mifinin necə darmadağın olmasının, Ermənistan ordusunda hökm sürən biabırçılıqların şahidi oldu. Məhz təxribatlara əl atmaq Ermənistanın ağır məğlubiyyətinin acısından irəli gəlir”.                                                                                             

Ermənistan mövcud vəziyyəti yenə də düzgün dəyərləndirmir, təxribatlara əl ataraq öz sonunu yaxınlaşdırır - deyən S.Vəliyeva əlavə edib ki, belə vəziyyətdə Ermənistanın yalnız və yalnız bir xilas yolu var: revanşist və terrorçuluq siyasətinə son qoyaraq, sülh siyasətinə qoşulmaq və Azərbaycan ilə yekun sülh sazişi bağlamaq. Əks təqdirdə bu cür davam etməklə Ermənistanda hökm sürən böhran daha da dərinləşəcək və Ermənistan bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq: Ermənistan hakimiyyəti heç bir zaman unutmamalıdır ki, Prezident cənab İlham Əliyevin dəmir yumruğu yerindədir. Əgər Ermənistan terrorçuluq və revanşist siyasətinə son qoymasa, “Dəmir yumruq” yenidən işə düşəcək və onların başlarını əzəcək”.