YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamı icra olunub

Azərbaycan Prezidentinin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən martın 19-da icra olunub.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 90 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, dörd nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, yeddi nəfər isə cərimə cəzasından azad olunublar.
Sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 14, 17 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Natiqlər Novruz bayramı münasibətilə məhkumları və onların ailə üzvlərini təbrik ediblər.
Diqqətə çatdırılıb ki, Sərəncam Penitensiar Xidmət üzrə 90 nəfərə şamil olunub. Onlardan 72 nəfəri cəzaçəkmə müəssisələrində, 3 nəfəri istintaq təcridxanalarında, 15 nəfəri isə məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlardır.
Qeyd edilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir. Dövlətimizin başçısının növbəti humanist addımı Novruz bayramı ərəfəsində bir çox ailələri sevindirib.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv